Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 13:56
Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şöbəsində komada qalan hamilə pasiyent sağlam körpə dünyaya gətirib.
Bu barədə Sonxeber.net-a KTM-dən məlumat verilib.
Bildirilib ki, ötən il oktyabrın 11-də 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
4 gün həmin şöbədə komada qalan hamilə daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.
07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.
Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi) dünyaya gəlib.
Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.