Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə yumurta ilə çay içmək olmaz?

Niyə yumurta ilə çay içmək olmaz?

Tarix: 9 Avqust 2025 20:42

Bəzi mütəxəssislər yumurta ilə çay içməyin sağlamlıq baxımından zərərli ola biləcəyini bildirirlər.

Sonxeber.net bildirir ki, səbəb kimi çayın tərkibindəki tanin maddəsinin göstərilir. Tanin yumurtadakı zülal və dəmirlə birləşərək onların orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir.

Bildirilib ki, bu hal uzun müddət davam etdikdə dəmir çatışmazlığına, həzm problemlərinə və qidalanma balansının pozulmasına səbəb ola bilər. Xüsusilə səhər yeməyində qaynadılmış yumurta ilə güclü dəmlənmiş çay içmək riskli hesab olunur.

Qeyd edək ki, mütəxəssislər yumurta yedikdən sonra çay əvəzinə su və ya C vitamini ilə zəngin içkilər qəbul etməyi tövsiyə edirlər.


Etiketlər:  Niyə yumurta ilə çay içmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ