Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2025 19:15
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı Omanda Tehran-Vaşinqton danışıqları zamanı təxminən 45 dəqiqə üz-üzə görüşüblər.
Sonxeber.net bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Axios" nəşrinə istinadən xəbər verir.
Mövcud məlumatlara görə, bu müddət ictimaiyyətə elan edildiyindən daha uzun çəkib. Nəşr son səkkiz ildə ABŞ və İran rəsmiləri arasında ən yüksək səviyyəli dialoq olan bu söhbəti "mahiyyətli, ciddi və əla" olaraq qiymətləndirib.
Qeyd olunur ki, İran rəsmiləri Trampın əvvəlki razılaşmanı pozduğunu xatırladaraq, bu cür davranışın təkrarlanması ehtimalı barədə xəbərdarlıq ediblər. Digər tərəfdən, Vaşinqton da Tehranın nüvə proqramı ilə bağlı gizli məqsədlərinə dair narahatlığını ifadə edib.