Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 03:24
Bakı. Trend:
Rusiyanın Ufa şəhərində "Krasavia" şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, göyərtəsində 73 sərnişin olan təyyarə mühərrikində nasazlıq yaranması səbəbindən eniş etməli olub.
Bildirilir ki, "Yak-42" təyyarəsi Ufadan Nijnevartovska uçurmuş. Lakin mühərrikdə nasazlıq yarandıqdan sonra təyyarə geri qayıtmaq məcburiyyətində qalıb.
Şəhər prokurorluğu insidentlə bağlı araşdırma aparacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin