Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kartofun qiyməti niyə qalxır? - Bu tarixdə ucuzlaşacaq

Kartofun qiyməti niyə qalxır? - Bu tarixdə ucuzlaşacaq

Tarix: 15 Aprel 2025 20:28

"Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır".

Bunu Ajans.az-a açıqlamasında son vaxtlar kartofun qiymətinin artması ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır.

"Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur".

Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:

"Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək".


Etiketlər:  Kartofun qiyməti niyə qalxır tarixdə ucuzlaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ