Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlandı

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlandı

Tarix: 15 Aprel 2025 23:52

Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.

Sonxeber.net-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.

Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.


Etiketlər:  Gələn dövlət büdcəsinin proqnozlaşdırılan gəlir xərcləri açıqlandı


RƏYLƏR