Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2025 18:52
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müqayisə üçün qeyd edək ki, ARDNF tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, bu ilin 1-ci rübündə valyuta satışı 584,8 milyon dollar və ya 31,8% artıb.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin 1-ci rübündə ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qeyd edək ki, bir müddətdir Azərbaycan Respublikası Mərkəzi Bankı həftə ərzində keçirilən valyuta hərraclarının nəticələrini hərraclardan sonra ictimaiyyətə açıqlamır.