Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''TikTok-da bir dəqiqəyə 100 manat qazanıram''

''TikTok-da bir dəqiqəyə 100 manat qazanıram''

Tarix: 21 Aprel 2025 08:10

"Bir tanınmış şəxsin TikTok hesabında canlıya baxdım, gördüm ki, 2 nəfərdən biri onu söyür. Dedim ki, sən burada özünün söydürməyə oturmusan? Elə qorxdum. Dedi ki, sənin də hesabın var niyə canlı açmırsan? Cavab verdim ki, bunu görəndən sonra edərəm?"

Sonxeber.net xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə verilişində deyib. O, TikTok-dan dəqiqədə 100 manat qazanc əldə etdiyini açıqlayıb:

"Bir müddət keçdi Afaq Bəşirqızı (Xaql artisti - red.) ilə layihəmiz oldu. TikTok, instaqram, yutub üzərindən canlı çıxmalı idik. Bunu da ilk dəfə biz etmişik. Sonra hamı etdi, eləsinlər, mən paxıl adam deyiləm. Amma biz zövq aldıq. Ondan sonra ayda 2 dəfə də olsa canlı açıram. Mənə o qədər hədiyyə atırlar. Özüm utandım. Deyirəm ki, mən hədiyyə istəmirəm, sadəcə danışmaq üçün bunu edirəm. 4 dəqiqə canlıda oldum 400 manat pul hesabıma gəldi. Dəqiqəm orada 100 manatdır. Gör, orada 1 saat olsam nə olar. Səbrim çatmır. Gərək ona gün ayırım, iş olmasın". (Axşam.az)


Etiketlər:  TikTok dəqiqəyə manat qazanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ