Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin son vəziyyəti açıqlandı

Əməkdar artistin son vəziyyəti açıqlandı

Tarix: 22 Aprel 2025 18:25

"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Əməkdar artisti Vahid Əliyevin səhhəti həkimlər tərəfindən orta-ağır, stabil olaraq qiymətləndirilir".

Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Onun sözlərinə görə, teatrın rəhbərliyi aktyorun ailəsi ilə daim əlaqə saxlayır və vəziyyəti ilə maraqlanır:

"Bilirsiniz ki, Vahid müəllim bir müddətdir, səhhəti ilə bağlı müalicəsini xəstəxana şəraitində davam etdirir. Mütəmadi olaraq teatr rəhbərliyi tərəfindən aktyorun vəziyyəti diqqətə saxlanılır. Bu gün də Gənc Tamaşaçılar Teatrının direktor müavini, Vahid müəllimin sənət dostları, aktyorlar ona xəstəxanada baş çəkərək səhhəti ilə maraqlanıblar".

S.Əşrəf əlavə edib ki, hazırda müalicəsi davam etdirilən aktyor həkimlərin göstərdiyi diqqətdən razıdır.


Etiketlər:  Əməkdar artistin vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ