Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 10:32
Bakı. Elnur Bağışov - Trend:
İranın Zəncan vilayətində Zəncan-Təbriz magistral yolunda avtobusun yoldan çıxması nəticəsində yol qəzası baş verib.
Trend-in məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.
M.Əziminin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 24 nəfər yaralanıb.
Qəzaya səbəb avtobusun magistraldan çıxaraq yol kənarında torpaq təpəyə çırpılması olub.
Polis rəsmisi hazırda vilayətin bütün yollarının sürüşkən və dumanlı olduğunu deyib.
Qeyd edək ki, 21 mart -22 sentyabr aralığında İranın Zəncan vilayətində yol qəzaları nəticəsində 133 nəfər həlak olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin