Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2025 17:00
İtaliyanın "İnter" klubunun oyunçusu Lautaro Martines Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununu buraxacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı argentinalıda əzələ dartılması aşkarlanıb.
O, komandalar arasında ilk görüşdə (3:3) zədələnib.
Qeyd edək ki, Milanda keçiriləcək cavab oyunu mayın 6-da baş tutacaq.