Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səni sevirəm'' - Müşviq kövrəldi - VİDEO

''Səni sevirəm'' - Müşviq kövrəldi - VİDEO

Tarix: 3 May 2025 19:30

Aktyor Müşviq Şahverdiyev atasından danışıb.

Sonxeber.net xəbər verir ki, sənətçi atasını 5 yaşında itirdiyini bildirib:

"Birinci sinfə gedəndə artıq atam yox idi. 4, 5 il oxuyandan sonra anladım ki, işləmək lazımdır. Evdə bacılarım, anam... Ata necədir hissini bilmirəm: atam gəldi, getdi, deyəcəm bunu alsın. Belə bir hisslər məndə olmayıb. Çünki heç 6 yaşım yox idi onu itirəndə. Anam mənim üçün başqadır. Elə bilirəm ki, uşağın elə bir valideyni olur. Anam həm ana, həm də ata funksiyasını daşıyıb. 

Həyatımda elə bir şey yoxdur ki, anamla məsləhətləşməyim. Maşın dəyişəndə də anama deyirəm: böyükdür, balacadır, neçənci ilindir, motoru neçədir. Artıq öyrənib, fikir bildirir. Evə girəndə də onunla ana, dost, qardaş kimi qucaqlaşıram. Biz ana-bala deyilik, dostuq. Ana, səni sevirəm (kövrəlir)". (Axşam.az)


Etiketlər:  Səni sevirəm Müşviq kövrəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ