Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2025 09:15
"Uşaq olanda kainatla danışırdım. O vaxt nə arzu etmişəmsə, bu gün həyatımdadır. Özüm-özümlə danışırdım. O vaxt bilmirdik ki, Allahdan nəsə istəyək və ya kainata nəsə göndərək. Yol gedirdim, özümlə danışırdım ki, mən belə olacağam. Təsdiqlə danışırdım. Demirdim ki, məni belə et, Allahım. Söyləyirdim ki, böyüyəndə sənətkar olacağam, hər zaman gənc qalacağam, gözəl ailəm, çoxlu övladlarım olacaq".
Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova aparıcı Fəxriyyə Lilparın verilişində qonaq olarkən deyib.
O, istəklərinin reallaşmasından danışıb:
"Bunları özümə güvənərək deyirdim. İllər keçdikcə bunu unudurdum. Məktəb yoldaşlarımı görəndə, söyləyirdilər ki, bəs sən nə deyirdinsə, bunların hamısına çatdın. Böyüklərimiz də həmişə söyləyib ki, pis fikir demə, başına gələr, gözəl danış. İndi zaman dəyişib, bilərək neqativ danışmırıq. Dərdi böyütdükcə, bitmir. Xəstəliyin də üzünə gərək gülərək baxasan. İnsan özünə motivasiya verməlidir. O qədər olub ki, insandır, həkimə gedib, deyiblər xəstəliyin var. Halbuki belə bir şey yoxdur. Lakin o, fikrində bunu o qədər böyüdüb ki, dünyasını dəyişib. Adam da var ki, gedir xəstəliyi var, amma özü-özünə deyir yoxdur, sağalır. İnsanın özü-özünə etdiyi yaxşılığı heç kim ona edə bilməz. Bununla yanaşı insanın iradəsi də olmalıdır"./axşam.az