Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhbəriniz işdə bu hədiyyəni verirsə, diqqət! - Sizi izləmək üçündür - FOTO

Rəhbəriniz işdə bu hədiyyəni verirsə, diqqət! - Sizi izləmək üçündür - FOTO

Tarix: 13 May 2025 19:36

İş yerində sizə təqdim olunan AirPods cihazları göründüyü qədər zərərsiz olmaya bilər.

Sonxeber.net xarici mətbuata istinadla xəbər verir ki, bu barədə texnologiya mütəxəssisləri xəbərdarlıq edib.

"QR Code Generator" şirkətinin nümayəndəsi Mark Porcar "Digital Journal"a bildirib ki, işçilərə paylanan AirPods qulaqlıqları dolayısıyla izləmə vasitəsinə çevrilə bilər. O izah edib ki, bu cihazlar birbaşa GPS və ya mobil bağlantıya malik olmasalar da, qoşulduqları telefon və ya noutbuk vasitəsilə işəgötürənlər tərəfindən izlənə bilər.

Porcar əlavə edib ki, bu üsulla uzaqdan işləyən işçilərin günorta yeməyində bara gedib-getmədiyi və ya iş tapşırığı ilə çıxıb alış-verişə yönəlib-yönəlmədiyi də aşkara çıxa bilər.

Mütəxəssis xəbərdarlıq edir ki, qablaşdırılmamış və ya artıq açılmış qutuda təqdim olunan AirPods-lara xüsusilə şübhə ilə yanaşmaq lazımdır. Çünki bu cür cihazlar əvvəlcədən işəgötürənin şəxsi kompüterinə qoşulmuş və izləmə üçün hazır hala gətirilmiş ola bilər.

O bildirib ki, iş yerində verilən və ya kimdənsə alınan AirPods qulaqlıqları vasitəsilə izlənilməmək üçün onların zavod ayarlarını mütləq özünüz sıfırlamalısınız.

Bunun üçün aşağıdakı addımları yerinə yetirin:

Əvvəlcə hər iki qulaqlığı qabına yerləşdirin və qapağını bağlayın. 30 saniyə gözlədikdən sonra qapağı açın. Daha sonra qulaqlıq qutusunun arxa tərəfində yerləşən kiçik düyməni basıb 15 saniyə saxlayın. Ön tərəfdəki işıq əvvəlcə narıncı (amber), sonra isə ağ rəngdə yanmağa başlayacaq - bu, sıfırlamanın uğurla tamamlandığını göstərir.

Bu üsul AirPods-u əvvəlki qurğulardan ayırır və onların sizdən əvvəl kim tərəfindən qoşulduğunu silir. Beləliklə, nə işəgötürən, nə də başqa biri sizi gizli şəkildə izləyə bilməz.

Ümumiyyətlə istifadəçilərin AirPods-larını izlənilməmək üçün diqqətlə idarə etmələri və tanımadığı və ya şübhəli olan cihazları qəbul etməmələri tövsiyə edilir.


Etiketlər:  Rəhbəriniz işdə hədiyyəni verirsə diqqət Sizi izləmək üçündür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ