Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2025 19:55
Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Sonxeber.net xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar "Run with you" mahnısını ifa edəcəklər.
Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar. Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.
Müsabiqə yerli saatla 23:00-da başlayır.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.