Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ

Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ

Tarix: 12 Iyun 2025 04:06

Yay aylarının vazkeçilməzi olan kondisionerlər düzgün təmizlənmədikdə bir çox sağlamlıq probleminə səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər: çirklənmiş kondisionerlər nəfəs yolları infeksiyalarından tutmuş allergik reaksiyalara qədər bir çox ciddi problemin mənbəyi ola bilər.

Kondisioner filtrləri zamanla toz, kif, bakteriya və digər zərərli hissəciklərlə dolur. Bu filtrasiya sistemi təmizlənmədikdə, həmin zərərli maddələr hava yolu ilə yenidən otağa yayılır və ev sakinlərinin sağlamlığını təhdid edir.

Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və astma, bronxit kimi xroniki tənəffüs problemi olan insanlar çirklənmiş kondisionerlərə qarşı daha həssasdır:

Görülməli tədbirlər nələrdir?

Kondisioner filtrləri mütəmadi olaraq - ideal halda ayda bir dəfə - təmizlənməlidir.

Əgər cihaz uzun müddət işləyibsə, peşəkar texniki baxışdan keçirilməsi tövsiyə olunur.

Havanın sirkulyasiyasını artırmaq üçün ev tez-tez havalandırılmalıdır.

Unutmayın, sağlam bir nəfəs almaq üçün təkcə təmiz hava yox, təmiz cihazlar da vacibdir.


Etiketlər:  Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ