Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2025 22:44
Yerli və xarici analitiklər belə qənaətə gəliblər ki, İranın Hörmüz boğazını bağlamaqla hədələməsi neftin bir barelinin qiymətinin 130 dollara qədər artması ilə nəticələnə bilər.
Qeyd olunub ki, Tehran bu addımı İsrailin ardıcıl hərbi hücumlarına cavab olaraq nəzərdən keçirir. İran parlamentinin üzvü İsmayıl Kousəri də təsdiqləyib ki, boğazın bağlanması məsələsi hazırda ölkə rəhbərliyi səviyyəsində müzakirə olunur.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, qlobal neft tədarükünün 20 faizinin Hörmüz boğazından keçdiyini nəzərə alsaq, neftin kəskin bahalaşa biləcəyi gözləniləndir.
Ekspert əlavə edib ki, hər şey proseslərin gedişatına uyğun olaraq dəyişə də bilər. Belə ki, qiymətin artması ilə əlaqədar proqnozlar özünü doğrultmaya da bilər. Hətta qiymətlərdə ani çöküş də müşahidə oluna bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.