Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 16:48
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycada dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bügünə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür: “Biz əlimizdən gələni etməliyik ki, seçicilər fəal şəkildə səsvermədə iştirak etsinlər. Düzdür, bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə aşağı olur, ancaq biz arzu edirik ki, bu rəqəm yüksəlsin”.
MSK sədri vurğulayıb ki, bütün məntəqələrdə səsvermə üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz şəkildə prosesdə iştirak etsinlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin