Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tofiq Musayev: ''Daha güclü və inamlı geri dönəcəyəm''

Tofiq Musayev: ''Daha güclü və inamlı geri dönəcəyəm''

Tarix: 23 Iyun 2025 10:00

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılan Azərbaycan təmsilçisi Tofiq Musayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

Sonxeber.net qaynarinfo.az-a istinadən xəbər verir ki, 35 yaşlı idmançı ona dəstək verən azarkeşlərə təşəkkür edib.

MMA döyüşçüsü növbəti qarşılaşmalarda daha güclü və inamlı olacağını yazıb:

"Bəzən qalxırsan, bəzən isə yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı. İnsan çox çalışır və inanır, amma həyat bizə fərqli sınaqlar təqdim edir. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyəti, siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız".

T.Musayevn azarkeşlərə də müraciət edib:

"Sizin səsiniz, arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insan, dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşdə məğlub ola bilərik, amma belə sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.


Etiketlər:  Tofiq Musayev Daha güclü inamlı geri dönəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ