Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aldığım evi satıb, zəng etdi ki, sonuncu 100 dolları xərcləyirəm''

''Aldığım evi satıb, zəng etdi ki, sonuncu 100 dolları xərcləyirəm''

Tarix: 25 Iyun 2025 19:00

Əməkdar artist Yusif Mustafayev etirafı ilə diqqət çəkib. 

Sonxeber.net xəbər verir ki, sənətçi özü ilə məclisə apardığı musiqiçilərin pulunu vermədiyini boynuna alıb.

Mustafayev məsələyə belə aydınlıq gətirib:

"Düzdür, mən onların pulunu vermirəm. Yığıram, onlara maşın və ya başqa ehtiyaclarını almağa kömək edirəm. Rəhmətlik klarnet ifaçısı Zahidin pulunu yığdım, gündəlik 10-20 manat verirdim. Getdim ona ev aldım. Amma səhv etdim, gərək öz adıma alardım. Sonra gedib satıb onu. Mənə zəng etdi ki, evi satdım, sonuncu 100 dolları xərcləyirəm. Hamısının pulunu elə yığıram".


Etiketlər:  Aldığım satıb zəng etdi sonuncu dolları xərcləyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ