Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' Holandı izlədi

''Mançester Yunayted'' Holandı izlədi

Tarix: 11 Dekabr 2019 22:12

"Mançester Yunayted"in skautu Marsel Bout "Zalsburq"un futbolçusu Erlinq Holandı izləyib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, bunun üçün o, Avstriya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Liverpul"a qarşı matçına stadiondan baxıb. "Zalsburq"un 0:2 hesabı ilə uduzduğu görüşdə Holand bu mövsüm ilk dəfə qrup mərhələsində qol vurmayıb.

Xəbərdə həmçinin M.Boutla yanaşı, 39 Avropa klubunun skautunun "Zalsburq" - "Liverpul" qarşılaşmasını izlədiyi bildirilib.

 


Etiketlər:  Mançester Yunayted Holandı izlədi


RƏYLƏR