Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 17:08
2025-ci il aprelin 28-də Əmman şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Sonxeber.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərəcək.