Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2025 20:12
Avropa İttifaqının qərarına əsasən Bolqarıstan 2026-cı il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcək. Beləliklə, ölkə Avrozonanın 21-ci üzvü olacaq.
Sonxeber.net xəbər verir ki, Avropa Komissiyası və Avropa Mərkəzi Bankının təsdiqindən sonra Bolqarıstanın milli valyutası olan lev tədricən dövriyyədən çıxarılacaq. Müəyyən edilmiş sabit məzənnəyə görə, 1 avro 1.95583 leva bərabər tutulacaq.
Hazırda ölkədə avroya keçidlə bağlı texniki və hüquqi hazırlıqlar aparılır. İlk mərhələdə həm avro, həm də lev eyni anda dövriyyədə olacaq. 2026-cı ilin fevral ayından isə yalnız avrodan istifadə ediləcək.
Rəsmilər avroya keçidin Bolqarıstan iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyini, maliyyə sabitliyini artıracağını və xarici sərmayələri stimullaşdıracağını bildirirlər. Bununla belə, ictimai rəyin müəyyən hissəsində inflyasiya və qiymət artımı ilə bağlı narahatlıqlar müşahidə olunur.
Xatırladaq ki, Bolqarıstan 2020-ci ildən Avrozona öncəsi mərhələsi olan ERM II sistemində iştirak edir və 2025-ci ilin sonunda Avropa İttifaqının tələb etdiyi bütün iqtisadi kriteriyalara cavab verib.