Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya 2 şirkətimizə qadağa qoydu

Rusiya 2 şirkətimizə qadağa qoydu

Tarix: 10 Iyul 2025 09:28

"Rosselxoznadzor" iyulun 11-dən etibarən Azərbaycanın "Allbuy" MMC və "Milk Products" MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki,  bu qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.

Qurumun məlumatında bildirilir ki, bundan əvvəl "Rosselxoznadzor" Rusiyaya süd məhsulları ixracını davam etdirən beş Azərbaycan müəssisəsində yoxlama aparmağa hazır olduğunu Azərbaycanın səlahiyyətli orqanlarına bildirib. Bu yoxlamaların məqsədi Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək, habelə əvvəlcə təqdim edilmiş uyğunluq zəmanətlərini qiymətləndirməkdir. Qurum həmçinin xatırladıb ki, 2024-cü ildə keçirilən yoxlamalar zamanı müəyyən pozuntular aşkar edilib və bu da qərarın qəbulunda nəzərə alınıb.


Etiketlər:  Rusiya şirkətimizə qadağa qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ