Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zara''nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO

''Zara''nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO

Tarix: 11 Iyul 2025 20:12

Dünyanın ən böyük geyim şəbəkələrindən biri olan Inditex SA-nın qurucusu, ispan milyarder Amancio Ortega Parisdə yerləşən beş ulduzlu otel alıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə otelin sahibi olan Derby Hotels şirkətindən alınan daşınmaz əmlakın dəyəri 113 milyon ABŞ dolları təşkil edir ki, bu da təxminən 170 milyon manat edir. Otel Parisin nüfuzlu bölgəsində - Böyük Opera yaxınlığında yerləşir.

Otel Ortega-nın sərvətini idarə edən Pontegadea şirkəti vasitəsilə əldə edilib. Pontegadea həm də Inditex-in 59 faizinə sahibdir və qazancını daşınmaz əmlak, infrastruktur və enerji sahələrinə yatırır.

2025-ci il ərzində Ortega bundan əlavə, ABŞ-nin Fort Loderdeyl şəhərində təqribən 165 milyon avroya (təxminən 15 milyard rubl və ya 290 milyon manat) mənzil kompleksi və Barselonada 250 milyon avroya (təxminən 22 milyard rubl və ya 425 milyon manat) ofis binası da alıb.

Xatırladaq ki, bu ilin may ayında Financial Times yazmışdı ki, Zaranın sahibi olan Inditex Rusiyadakı biznesini satsa da, gələcəkdə ölkəyə qayıtmaq imkanı saxlayıb. Bu, şirkətin Rusiya bazarına tamamilə qapıları bağlamadığını göstərir.


Etiketlər:  Zaranın qurucusu Parisdə ulduzlu hotel aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ