Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərisinin yarısını kəsib götürdülər - Xərçəngə görə

Dərisinin yarısını kəsib götürdülər - Xərçəngə görə

Tarix: 13 Iyul 2025 00:12

Moskvada Blokhin Milli Onkologiya Mərkəzində həkimlər 12 saat davam edən əməliyyatla kişinin bədəninin yarısını dəri xərçəngi səbəbindən çıxarıb.

Sonxeber.net xəbər verir ki, xəstə 25 ildir əlil arabasında idi. 2024-cü ildə ona bel nahiyəsini demək olar ki, tam əhatə edən dəri xərçəngi diaqnozu qoyulub. Həkimlər bildiriblər ki, onun həyatını xilas etmək üçün bu əməliyyat yeganə çıxış yolu olub. Rusiyada belə əməliyyatlar çox nadir görülür, dünyada isə təxminən 80 belə hal var.

Əməliyyat uğurla başa çatıb və üç həftə sonra xəstə doğma şəhəri Vyazmaya qayıdıb.

Həkimlər xərçəngin erkən mərhələdə aşkarlanması üçün müntəzəm testlərdən keçməyi tövsiyə edirlər. Onlar ağciyər xərçəngini flüoroqrafiya, kolon xərçəngini nəcisin immunokimya testi, kişilər üçün prostat vəzi testini, qadınlar üçün isə onkositologiya və mammoqrafiya müayinələrini məsləhət görürlər.


Etiketlər:  Dərisinin yarısını kəsib götürdülər Xərçəngə görə


RƏYLƏR