Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda iki yeni milli park yaradıldı - Sərəncam

Azərbaycanda iki yeni milli park yaradıldı - Sərəncam

Tarix: 14 Iyul 2025 16:32

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.

Sonxeber.net xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.

Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  Azərbaycanda yeni milli park yaradıldı Sərəncam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ