Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2025 13:20
Qalmaqallı aparıcı Nigar Fərhadın "Kanal S" telekanalında yenidən efir fəaliyyətə başlayıb.
Sonxeber.net xəbər verir ki, uzunfasilədən sonra ilk canlı yayıma çıxan Nigar hisslərinə hakim ola bilməyib.
Tamaşaçıları salamlayan teleaparıcı göz yaşları töküb. Atasız qızlara atmaca atan aparıcı özü bu dəfə atasızlığından danışaraq köks ötürüb.
O görüntüsünə bu sözlərlə başlıq qoyub: "Bizi daha kimsə qıra bilməz! Biz ən yaralı yerimizdən vurulan, ilk eşqimizi itirib həyatla mübarizə aparanlarıq...".
Xatırladaq ki, Nigar Fərhadın efirdə işlətdiyi "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Buna görə aparıcının "Kanal S"də müəllifi olduğu "Sözün bitdiyi an" verilişinin yayımı dayandırılmışdı.
Daha ətraflı videomaterialda:
Hüseyn