Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2025 15:26
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şelburn" (İrlandiya) - "Qarabağ" matçını "Tolka Park" stadionunda izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.
Sonxeber.net xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 25 Avrodur.
"Qarabağ" azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.
Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü saat 22:45-də Bakı vaxtı ilə) start götürəcək.