Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AYNA-nın yeraltı avtomobil dayanacaqlarının mühafizəsi 11 faiz bahalaşdı

AYNA-nın yeraltı avtomobil dayanacaqlarının mühafizəsi 11 faiz bahalaşdı

Tarix: 21 Iyul 2025 17:13

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) paytaxtın iki ünvanında yeraltı avtomobil dayanacaqlarının mühafizəsi bahalaşıb.

Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, söhbət Hökumət evinin qarşısındakı və Qış parkındakı yeraltı avtomobil dayanacaqlarından gedir.

Belə ki, AYNA sözügedən dayanacaqların mühafizə xidmətlərinin satınalınması ilə bağlı "Kapital Security" QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, həmin dayanacaqların bir illik mühafizəsi 277 238,07 manata başa gələcək. Başqa sözlə, dayanacaqların mühafizəsinin aylıq xərcləri isə 23 min 100 manat olub. Ötən il isə AYNA həmin dayanacaqların bir illik mühafizəsinə 249 705,94 manat (aylıq 21 min manata yaxın) vəsait xərcləyib.

Beləliklə, AYNA Hökumət evinin qarşısındakı və Qış parkındakı yeraltı avtomobil dayanacaqlarının mühafizə xərclərini 27 532,13 manat və ya təxminən 11% artırıb.


Etiketlər:  AYNA nın yeraltı avtomobil dayanacaqlarının mühafizəsi faiz bahalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ