Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

Tarix: 22 Iyul 2025 19:42

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Bu barədə Sonxeber.net-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət, investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb.

Qlobal və regional çağırışlar fonunda iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri yüksək qiymətləndirilib. Bu xüsusda, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi, habelə Ermənistanla normallaşma prosesi barədə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

 


Etiketlər:  Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ