Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2025 22:06
"Qarabağ" "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacaq.
Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfər görüşündən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib:
"Yaxşı komandaya qarşı çıxış edəcəyik. "Şelburn" barəsində ancaq xoş ifadələr işlətmək olar. Bu komandanın özünə uyğun oyun üslubu var. Rəqib artıq Çempionlar Liqasında iki görüş keçirib. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik".
Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.