Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Tarix: 24 Iyul 2025 10:16

"Qarabağ" komandası İrlandiya təmsilçisi "Şelburn" üzərindəki 3:0 hesablı qələbəni yaddan çıxararaq, Bakıdakı cavab matçına daha ciddi hazırlaşacaq.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis böyükhesablı qələbənin sevindirici olduğunu söyləyib:

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərginlik yarada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir. Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.//Report.az


Etiketlər:  Qurban Qurbanovdan qələbə şərhi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ