Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kerem Aktürkoğlu transfer təklifinə hə dedi

Kerem Aktürkoğlu transfer təklifinə hə dedi

Tarix: 28 Iyul 2025 21:02

Hazırda Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlu "Beşiktaş"ın təklifini qəbul edib.

Sonxeber.net xəbər verir ki, futbolçu təklifi qəbul etsə də "Benfika" Türkiyə klubundan 24 milyon avro tələb edir.

"Beşiktaş" rəsmiləri isə maliyyə problemləri səbəbindən futbolçunun keçidi üçün sponsor axtarışlarına start veriblər.

"Ağ-qaralar" sponsor tapacaqları təqdirdə Kerem Aktürkoğlunun keçidini tamamlamaq istəyirlər.

Qeyd edək ki, Kerem Aktürkoğlu "Benfika" forması ilə çıxdığı 53 oyunda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Etiketlər:  Kerem Aktürkoğlu transfer təklifinə dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ