Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO)

Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO)

Tarix: 12 Dekabr 2019 16:00

Bakı. Trend:

Hər şey bir tvitlə başladı və möhtəşəm solo konsertlə başa çatdı.

Artıq xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur rok ifaçısı Haluk Levent şəxsi Tvitter hesabında bildirdi ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı Azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.

Bakı Türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı: “iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” dəstəyi ilə 7 dekabr tarixində Elektar Events Hall-da Haluk Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. H.Levent konsertdən bir qədər öncə “Hilton Baku Hotel”-də təşkil olunmuş mətbuat konfransında media nümayəndələrinə bildirdi ki, bu təşəbbüs həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür iri miqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıyır.

Konsert zamanı Haluk Levent professional yanaşma sərgilədi: iki saatdan artıq çəkən bu konsertdə ifaları, performansı, publikayla ünsiyyəti ilə heyranlarına, xeyriyyəçilərə və Suraya dəstək məqsədi ilə gələn hər bir kəsə unudulmaz bir axşam bəxş etdi.

Bilet satışından əldə olunan gəlir 41 400 AZN təşkil etdi. Tezliklə ilik nəqli köçürülməsi əməliyyatı keçirəcək Sura Nadirovaya şəfa və ən tez zamanda sağalmasını arzu edirik!

Konsertin media dəstəyi LevelUp agency, İctimai TV, Trend.az, Milli.az, Day.az, Azernews.az, Azərtac, 1news.az, tərəfindən həyata keçirildi.

Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO) Haluk Levent Sura üçün xeyriyyə konserti verib (FOTO/VİDEO)


Etiketlər:  Haluk Levent Sura üçün xeyriyyə konserti verib FOTOVİDEO


RƏYLƏR