Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''The Rolling Stones''un üzvü vəfat etdi

''The Rolling Stones''un üzvü vəfat etdi

Tarix: 2 Avqust 2025 21:35

"The Rolling Stones"un üzvü Flako Ximenes vəfat edib.

Sonxeber.net xəbər verir ki, əfsanəvi "The Rolling Stones" qrupunun üzvü Leonardo "Flako" Ximenes 86 yaşında dünyasını dəyişib.

Bu barədə National World məlumat yayıb.

Qeyd olunur ki, altı dəfə "Qremmi" mükafatı qazanmış musiqiçi ailəsinin əhatəsində dünyasını dəyişib.

Onun son aylarda səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

Flako Ximenesin oğlu Arturo bildirib ki, atasının son sözləri "Mən yoruldum" olub.


Etiketlər:  Rolling Stonesun üzvü vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ