Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stresdən dəri xəstəlikləri yaranır - Professor

Stresdən dəri xəstəlikləri yaranır - Professor

Tarix: 2 Avqust 2025 22:33

Təxminən 2500 dəri xəstəliyi növü var. Bunların əksəriyyətinin genezində, təsnifatında səbəblərdən biri kimi psixoloji, sinir faktorları qeyd olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə professor Zülfüqar Fərəcov danışıb.

"Sinir faktoru daha çox neyrodermit, ekzema, atopik dermatit xəstəliklərində üstünlük təşkil edir.

Xəstələri müayinə edəndə görürük ki, mərkəzi sinir sistemində, eyni zamanda vegetativ, simpatik sinir sistemi prosesə cəlb olunur.

Müəyyən olunub ki, qaşınmanın kökü sinir faktoru fonundadır. Biz həkimlər əgər qaşınmanı aradan götürsək, çox xəstəlikləri asanlıqla sağaldarıq.

Bəzi xəstələr dərini qaşıyır, yerindən qan çıxır, bu da onları sakitləşdirir". (medicina.az)


Etiketlər:  Stresdən dəri xəstəlikləri yaranır Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ