Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Tarix: 4 Avqust 2025 01:00

Qaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Sonxeber.net-a "Azərişıq" ASC-dən bildirilib.

Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında 4 avqust tarixində 10 kV-luq "Qorağan" hava xəttinin açarı yenisi ilə əvəz olunacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Etiketlər:  ərazilərdə işıq olmayacaq


RƏYLƏR