Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2025 17:14
17:15
Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb.
Sonxeber.net xəbər verir ki, iddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.
Məsələ ilə bağlı F.Pərvizinin işlədiyi "Baker Tilly Azərbaycan" şirkətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqlədilər.
"1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb. O bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib", - deyə açıqlamada qeyd edilib.
Məlumatda iqtisadçının çıxışları ilə bağlı işdən çıxarılması iddiaları təkzib edilib.
12:06
"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialar səsləndirilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.
Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün "Baker Tilly International"ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və "Baker Tilly Azerbaijan" şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.
Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.
Fərhad Pərvizi işdən çıxarılması ilə bağlı yayılan iddiaları təkzib və ya təsdiq etməyib:
"Bu məsələ ilə bağlı "Baker Tilly" komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur".