Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 14:18
Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək.
Sonxeber.net xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.
Belə ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının keçirilən hesabat yığıncağında gündəmdə olan məsələlərdən biri də ehsan məclislərinin Mingəçevirdə qadağan olunması ilə bağlı səsləndirilən təklif və fikirlər olub.
Qeyd olunub ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.
Xatırladaq ki, oxşar qayda bir müddət əvvəl Sabirabad rayonunda tətbiq olunub.