Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 23:30
Mütəxəssislər bəzi məhsulların soyuducuda saxlanmasının onların dadını, quruluşunu və qida dəyərini mənfi təsirə məruz qoyduğunu bildirirlər.
Sonxeber.net bildirir ki, pomidor soyuducuda saxlanıldıqda dadını itirir və tez yumşalır. Kartof soyuq mühitdə nişastasını şəkərə çevirərək dadını dəyişdirir. Soğan isə rütubətli mühitdə tez yumşalır və kiflənir. Çörəyin soyuducuda saxlanması da onun tez qurumasına səbəb olur.
Bundan başqa, banan, avokado və tropik meyvələr soyuqda tez qaralır və yetişmə prosesi dayanır. Zeytun yağı və bal isə aşağı temperaturda bərkiyir və keyfiyyətini itirir.
Qeyd edək ki, mütəxəssislər bu məhsulların otaq temperaturunda, günəş işığından uzaq və havadar şəraitdə saxlanmasını tövsiyə edirlər.