Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2025 18:32
İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra "Tümən" və "Qıran" olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
"Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə olacaq", - o əlavə edib.