Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarpız arıqladır, yoxsa kökəldir? – Həkimlərdən açıqlama

Qarpız arıqladır, yoxsa kökəldir? – Həkimlərdən açıqlama

Tarix: 12 Avqust 2025 04:06

Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdirici təsiri ilə fərqlənir.

Sonxeber.net xəbər verir ki, bir çox insanı maraqlandıran sual budur: qarpız arıqladır, yoxsa kökəldir?

Mütəxəssislərin sözlərinə görə, qarpızın 90 faizdən çoxu sudan ibarətdir və kalori dəyəri aşağıdır. 100 qram qarpız cəmi 30-35 kalori təşkil edir. Bu səbəbdən qarpız orqanizmi maye ilə təmin edir, həzm sistemini rahatlaşdırır və pəhrizdə istifadə oluna bilər.

Bununla belə, qarpızın şəkər tərkibi də nəzərə alınmalıdır. Həddindən artıq miqdarda qəbul edildikdə qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə şəkərli diabet xəstələri və insulin müqaviməti olan şəxslər üçün risk yaradır.

Qidalanma mütəxəssisləri tövsiyə edir ki, qarpız əsas yemək əvəzinə deyil, gün ərzində müəyyən porsiya şəklində qəbul edilsin.


Etiketlər:  Qarpız arıqladır yoxsa kökəldir Həkimlərdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ