Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Tapdıqlı vəfat etdi

Vüqar Tapdıqlı vəfat etdi

Tarix: 14 Avqust 2025 18:28

Yazıçı, prodüser Vüqar Tapdıqlı vəfat edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Onun bu gün 63 yaşında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Vüqar Tapdıqlı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.


Etiketlər:  Vüqar Tapdıqlı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ