Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2025 10:30
"Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları olmayacaq."
Sonxeber.net xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Devid Vens deyib.
"Tramp çox aydın ifadə etdi - Ukraynada ABŞ qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri duyğunu verməyə çalışmaqda davam edəcəyik", - Vens bildirib.
Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin ABŞ prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirməyə çalışmaq üçün çoxlu kartları var. /apa