Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2025 10:56
"macOS" əməliyyat sistemi üçün təqdim edilən "Telegram" messencerinin beta versiyasına maraqlı bir imkan əlavə olunub. İstifadəçilər artıq öz profillərinə musiqi əlavə edə biləcəklər.
Sonxeber.net xəbər verir ki, bu barədə "Rozetked" məlumat yayıb.
Qeyd olunur ki, "Telegram"ın ayrıca musiqi kataloqu mövcud deyil. Bu səbəbdən istifadəçilər istədikləri audiofaylları özləri taparaq yükləməlidirlər. Musiqini profilə əlavə etmək üçün isə əvvəlcə onu istənilən söhbətə göndərmək, daha sonra xüsusi düymədən istifadə etmək lazımdır.
Bundan başqa, istifadəçinin profilində əlavə edilmiş treklərdən ibarət pleylist formalaşacaq. Həmin pleylistə digər istifadəçilər də baxa və istəsələr musiqiləri öz profillərinə əlavə edə biləcəklər.
Yeni funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələ açıqlanmayıb.
Musa