Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiiyməti 2 milyondan 5 milyona qaldırdı

Qiiyməti 2 milyondan 5 milyona qaldırdı

Tarix: 25 Avqust 2025 19:50

Müğənni Alsunun konsert qonorarı artıb.

Sonxeber.net bildirilir ki, Alsu əvvəlki 2 milyon rubl qonorarını 5 milyon rubla (təxminən, 106 min AZN) qaldırıb. Onun texniki rayderinə biznes-klassla uçuş, sürücülü lüks avtomobil, eləcə də qonşuluqda mühafizəçilərlə birlikdə qalmaq üçün lüks hotel otaqları daxildir.

2025-ci ilin iyulunda "StarHit" nəşri yazmışdı ki, Alsu iş adamı Yan Abramovla boşanmasına üç ay qalmış Rublyovkada yerləşən daşınmaz əmlakını satıb.

Nəşrin məlumatına görə, Alsu 2024-cü ilin fevralında ümumi sahəsi 6 min kv. m olan torpaq sahəsini, üzərində yerləşən biri 3 min 112,9 kv. m, digəri isə 229,9 kv. m olan iki yaşayış evini, 632,8 kv. m-lik yeraltı qarajı və 223,5 kv. m-lik qeyri-yaşayış binasını satıb.

Satışa çıxarılan obyektlər arasında həmçinin 2013-cü ildə Abramov və Alsunun aldığı elit Usovo qəsəbəsində yerləşən dörd mərtəbəli villa da olub. Viktoriya üslubunda inşa edilmiş bu kottec sütunlar, relyefli bəzəklər, mərmər və mozaika ilə işlənib. İçəridə sifarişlə hazırlanmış taxta mebellər yerləşdirilib. /olay.az


Etiketlər:  Qiiyməti milyondan milyona qaldırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ