Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2025 10:40
Teleaparıcı Elgiz Əkbər başına gələn hadisədən danışıb.
Sonxeber.net xəbər verir ki, motosikletlə kuryerlik edənlərdən şikayətlənən aparıcı az qala ciddi xəsarət alacağını bildirib:
"Yəqin ki, sürücülərin çoxu bununla qarşılaşıblar. Motosikletlə kuryerlik edən uşaqların çörək pulu qazanmasına sözüm yoxdur. Amma bunu elə qazanın ki, digərlərinin sağlamlığına xətər yetirməyin. O gün maşında dirsəyim pəncərədən kənara çıxarmışdım, yanımdan elə keçdi ki... Çəkməsəydim az qala motosikletlə qolumu vuracaqdı. Soruşuram ki, bu necə sürməkdir? Maşının yanından belə sürətlə keçmək olmaz. Qarşına insan çıxa bilər. Mənə cavab verdi ki, "Toxun acdan nə xəbəri, çörək pulu qazanmağa çıxmışam". Soruşdum ki, mən oğurluğa çıxmışam? Hamı evindən bir parça çörək pulu üçün çıxır. Hansısa rayondan gəlib, kuryer işləyir. Sonra onu başa saldım, üzr istədi. Getdiyin yolda bilmirsən, anidən qarşına çıxırlar".