Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəkil çəkdirirəm, rəqs edirəm deyirlər heyif o kişidən... '' - VİDEO

''Şəkil çəkdirirəm, rəqs edirəm deyirlər heyif o kişidən... '' - VİDEO

Tarix: 12 Oktyabr 2025 09:25

Müğənni Aytac Vidadiqızı qalmaqallı açıqlama verib.

Sonxeber.net xəbər verir ki, sənətçi hər addımı sosial şəbəkədə təndiq edən və mərhum müğənni atası Vidadi Bərdəlinin adını hallandıran izləyicilərindən gileylənib.

Üzünü onlara tutan sənətçi artıq bezdiyini ifadə edib:

"O mənim atam ola bilər, ancaq mən də bir şəxsiyyətəm. Hörmət etmək lazımdır. Fotosessiya etdirirəm aşağıdan yazırlar heyif o kişidən, rəqs edirəm, nəfəs alıram, yenə eyni şey yazılır. Mən sənətçiyəm. İstəyirsinizsə, bir azdan başımı bağlayım, əbaya keçim, yas məclislərinə gedib mərsiyə də deyərəm. Artıq sənətkar atamın adının hər zaman hallandırılmasından yorulmuşam. Mən sizin dediyiniz deyiləm axı. Atama, qadınlığıma hörmət edirəm. Mahnılarıma kimi diqqətlə seçim edirəm. Sırf özümə yazsalar, bəlkə də çox təsir etməz. Atam dünyasını dəyişmədən öncə sənətə başlamışam. Mənə dəstəyi olub".

Daha ətraflı videomaterialda: 

Musa


Etiketlər:  Şəkil çəkdirirəm rəqs edirəm deyirlər heyif kişidən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ