Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2025 09:10
Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur anası ilə bağlı təsirli paylaşım edib.
Sonxeber.net xəbər verir ki, o, sosial şəbəkə hesabındakı keçirdiyi çətin günləri bu sözlərlə ifadə edib :
"Bəzən elə gəlir ki, bu dünyada tamamilə tək qalmışam. Sanki her şey, hər kəs mənə qarşıdır. Səssizliyimlə döyüşürəm, içimdə fırtına, amma kənardan heç kim bunu görmür...".
Qeyd edək ki,Rəqsanə İsmayılovanın barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. O, iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.
Musa